''Azərbaycana gəlmək üçün azərbaycanlılar həftələrlə viza ala bilmirlər''

6-06-2016, 00:40           
''Azərbaycana gəlmək üçün azərbaycanlılar həftələrlə viza ala bilmirlər''
“Bu gün Azərbaycana gəlmək üçün azərbaycanlılar həftələrlə viza ala bilmirlər. Brüsseldən savayı digər Avropa ölkələrində vizanın alınması ən azı iki həftə vaxt aparır”. Bu sözləri Benilüks azərbaycanlıları konqresinin prezidenti Sahil Qasımov ANS TV-nin "Hesabat" verilişində Mir Şahinə müsahibəsi zamanı bildirib.

Prezidentin sərəncamı ilə vizaların verilməsi ilə bağlı xidmətlərin ASAN Xidmətə verilməsindən sonra bu problemlərin aradan qalxacağına inandığını söyləyən Sahil Qasımov bununla da ölkəmizə turistlərin sayının çoxalacağına zəmin yaradacağını bildirib.

Bakıda sadəcə 5 ulduzu otellərin fəaliyyət göstərdiyini, bundan başqa 3 və 2 ulduzlu otellərin, motellərin, hostellərin də olmamasını mənfi hal kimi dəyərləndirən qonaq kütləvi turizmlə məşğul olmaq üçün bu cür problemlərinin aradan qaldırlmasının önəmliliyini diqqətə çatdırıb.

Sahil Qasımova daha sonra dünyada azərbaycanlılar arasında ciddi müttəfiqlik problemlərinin olmadığını diqqətə çatdırıb.

“Biz xalq olaraq iddialı xalqıq. Hər bir Azərbaycan icması bu gün iddialıdır. Hər hansı şəhərdə, ölkədə öz iddiasını sağlam rəqabət şəkilndə ortaya qoyur. Rəqabətlər mövcuddur, əgər bu gün bu olmasa, demək olar ki, Azərbaycan icması bu gün işləmir”, -deyə Sahil Qasımov bidirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.