Merkelin çirkin `soyqırım` planı – Gizli məqamlar

6-06-2016, 11:53           
Merkelin çirkin `soyqırım` planı – Gizli məqamlar
İyunun 2-də Almaniya Bundestaqı qondarma “erməni soyqırımı” tanıdığına dair qətnamə qəbul etdi. Gözlənildiyi kimi, Almaniyanın bu addımı Türkiyənin kəskin etirazına səbəb oldu. Başqa prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə rəhbərliyi Bundestaqıın qərarını pisləyərək, Almaniya ilə siyasi əlaqələrin sarsıldığını bəyan etdilər.

Bundestaqın qərarı dünya gündəminin müzakirə mövzusuna çevrilib. Qondarma soyqırımın gündəmdə olmadığı vaxtda Almaniya tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınması ekspertlər tərəfindən Berlinin Türkiyəyə təzyiqi kimi qiymətləndirilir.

Almaniyanın Türkiyə ilə əlaqlərin pisləşəcəyi halda bilərəkdən belə bir addımı atmasının pərdəarxasında hansı məqamlar durur? Berlin “erməni soyqırımı”nı tanımaqda kimə və hansı mesajları verdi? Bu,Avropanın miqrant probleminə necə təsir göstərəcək?

AzVision.az-ın bu və digər suallarını politoloq Elnur Sultanov cavablandırıb.

Politoloq hesab edir ki, Almaniyanın bu addımı Türkiyəni soyqırım edən dövlətlər sırasında görmək istəyindən irəli gəlir: “Bu gün soyqırım deyiləndə ilk ağıla gələn ölkə nasist Almaniyasıdır. Almanlar bir xalq olaraq bu fakt ilə çox da barışmırlar. Soyqırım sözünün öz adları ilə asossiasiya olunması onlara rahatlıq vermir. Bu cinayəti törədənlərin sayının artması diqqəti Almaniyanın üzərindən yayındırır. Bununla da sübut etməyə çalışırlar ki, soyqırım dəhşətli bir işdir, amma yanlız Almaniya bu cinayətləri törətməyib. Almaniyanın bu addımı atması çoxdan gözlənilən idi. Almanlar soyqırımla adı yanaşı çəkilən xalq olmaqdan beziblər”.

E.Sultanov hesab edir ki, qondarma “erməni soyqırımı”nın Almaniya parlamentində yenidən gündəmə gətirilməsinin və qəbul olunmasının bir sıra səbəbləri var: “Əsas səbəb Avropa İttifaqında Türkiyəyə qarşı yaranan yeni mənfi münasibətdir. Bunun isə müxtəlif səbəbləri var. Bu, Suriya və miqrant problemində Türkiyənin şüurlu şəkildə Avropa ilə oyuna girməsi fikrinin formalaşması, kürd separatçılarının Avropada sayının həddən artıq artması və onların Türkiyə əleyhinə fikir formalaşdırmasının nəticəsidir. Eyni zamanda belə bir qərarın qəbul olunmasında son zamanlar prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə daxili və xarici həssas davranışlarıdır. Onun Türkiyə daxili bəzi addımları Avropada belə qəbul olunur ki, ölkə demokratik mənada geriyə doğru addımlar atır. Buna Avropada inanan çevrələr var. Bunlarla yanaşı Ərdoğanın Almaniyada çıxan karikaturasına kəskin etirazı bardağı daşıran son damla oldu. Bütün bunlar qondarma soyqırım məsələsini yenidən gündəmə gətirdi”.

Politoloqun sözlərinə görə, Berlinin “soyqırımı” tanıması Türkiyəni təxribata çəkmək məqsədi daşıyır. Bundestaqın qəbul etdiyi qətnamənin miqrant probleminə necə təsir edəcəyinə gəlincə E.Sultanov bildirib: “Türkiyənin Avropaya qarşı ən mühüm kartlarından biri miqrant məsələsidir. Doğrudur, bəzi çevrələr hesab edir ki, bununla Türkiyə Avropanı şantaj edir.

Türkiyənin miqrant məsələsində geri addım atması çox şeyi dəyişdirə bilər. Son aylar Suriyada, Türkiyənin cənub-şərqində baş verən hadisələr, Ərdoğanın şəxsi dəsti-xəttindən irəli gələn addımlar Avropada Türkiyə haqqında fikirlərə təsir edir. Hesab edirəm ki, müəyyən mənada bunu Ərdoğana qarşı atılan addım kimi də dəyərləndirmək mümkündür. Türkiyəyə atılan daşın ağırlığı qədər Ərdoğana atılan daşın ağırlığı var. Ərdoğanın həm daxil, həm də xarici davranışları Avropada təqdir edilmir. Ona görə də Bundestaqın “erməni soyqırımı”nı tanımasını Ərdoğan qarşı atılmış addım hesab etmək olar.

E.Sultanovun fikrincə, Türkiyənin Almaniyaya cavabı qondarma “erməni soyqırım”ını tanıyan digər ölkələrə veriləndən artıq olmayacaq: “Rusiya, Fransa və digər ölkələr də uydurmaq soyqırımı tanıyıb. Göründüyü kimi, reallıqda heç nə dəyişmir. Doğrudur, dünya ictimaiyyətinin rəyinin formalaşması baxımından bu iyrənc hadisədir. Əsas məsələ Türkiyənin imicinə zərbə vurmaqdır.

Ölkələr arasında qısa gərginlik yaşanacaq və sonradan hər şey qaydasına düşəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.