Fransız tədqiqatçı Didye Şode Tərtərdə səfərdə olub

6-06-2016, 13:31           


Xarici Siyasətin Analitik Təhlili Mərkəzinin təsisçisi, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdıqmaq məqsədi ilə Qarabağ münaqişəsi haqqında kitab yazan Fransalı müstəqil tədqiqatçı Didye Şode Tərtər Rayonuna səfər etmişdir.
Qonaq əvvəlcə rayon icra hakimiyyətinə gələrək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşdür. Rayon rəhbəri Tərtərin düşmənlə 48 km məsafədə təmas xəttinin olduğunu bildirmiş, qeyd etmişdir ki, düşmən heç vaxt öz təxribatçı əməllərindən əl çəkmir, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur, işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarında gələn suyun qarşısını suvarma dövründə kəsir əkin sahələrinin suvarılmasında çətinliklər yaranır, qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olur. Bundan əlavə təmas xəttinə yaxın olan ərazilərdə qurumuş otlara od vuraraq yanğınlar törədir, bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələrimiz yanğına məruz qalır. Təkcə aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrimizə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 3 nəfər isə dünyasını dəyişib. Dünyasını dəyişənlərdən 2-si məcburi köçkündür. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.

Sonra qonaq Tərtər şəhərində, Qapanlı kəndində erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuşdur.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.