Ziya Məmmədovdan əzələ nümayişi

10-06-2016, 09:54           
Ziya Məmmədovdan əzələ nümayişi
Nəqliyyat naziri təslim olmaq istəmir

Iyunun 8-də Bakıda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və rusiyalı həmkarı Maksim Sokolov arasında görüş keçirilib. Nəqliyyat Nazirliyinin məlumatına görə, qarşılıqlı dostluq və anlaşma şəraitində keçən görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Rusiyanın nəqliyyat qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti müsbət qiymətləndirilib.

Sonda nəqliyyat naziri Ziya Məmmədov dəmir yolunun inkişafında göstərdiyi xüsusi xidmətlərə, dəmir yolu nəqliyyatı problemlərinin həllində fəal və effektli əməkdaşlığa görə Rusiya Federasiyası nəqliyyat naziri Maksim Sokolov tərəfindən “Fəxri dəmiryolçu” mükafatı ilə təltif olunub.


Qeyd edək ki, Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. Onun yaxın vaxtlarda işdən çıxarılacağı iddia olunur. Lakin deyəsən, Ziya Məmmədov hücumlardan çəkinmir. Əksinə əzələ nümayiş etdirir. Rusiyadan ona edilən jestdən əvvəl Azərbaycana səfər edən Türkiyənin baş naziri Binəli Ildırım onunla xüsusi olaraq görüşmüşdü. Bundan əvvəl isə hər kəs Ziya Məmmədovun işdən çıxarılacağı barədə xəbər gözləyərkən o, beynəlxalq sərgi keçirmişdi.azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.