ATƏT Dağlıq Qarabağ üzrə sammitə hazırlıqlarda iştirak etmir

15-06-2016, 00:15           

Kreml üçtərəfli sammitə hazırlıqların getdiyini təsdiq edib

ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin hazırlıqlarında iştrak etmir.
“Report” xəbər verir ki, bu barədə TASS-a ATƏT-in Mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Racakoviç məlumat verib.
O, bununla bağlı hər hansı bir şərh verməkdən imtina edib və görüşün keçirilmə tarixi ilə bağalı suala cavab verməyib.
“ATƏT Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb olunmayıb və biz onu şərh edə bilmərik”, - deyə o bildirib.

“Biz bildiyimizə görə, sammiti Rusiya çağırır. Belə olan halda siz öz suallarınızı Rusiya hökumətinə ünvanlamalısınız”, - deyə ATƏT rəsmisi əlavə edib.

Kreml iyunun 10-da Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıqların getdiyini təsdiq edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Sankt-Peterburqda baş tuta biləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru