Saakaşvili aktiv siyasətə qayıda biləcəkmi?

24-06-2023, 15:54           
Saakaşvili aktiv siyasətə qayıda biləcəkmi?
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bütün cəhdlərə baxmayaraq, siyasətə qayıda bilməz, çünki tərəfdarlarının əksəriyyətini itirib.

Axar.az xəbər verir ki, bu barədə gürcü ekspert Qulbaat Rtsxiladze deyib.

O bildirib ki, Saakaşvilinin böyük siyasətə qayıdışı şansı demək olar ki, yoxdur:

“Saakaşviliyə gəlincə, bu amil hələ də sabitliyi pozan, dağıdıcı olaraq qalır, lakin mən düşünmürəm ki, Saakaşvili özünü tam bərpa edə bilsin. O, hətta çox qızğın tərəfdarları arasında da xal itirdi. İtirdiklərini geri qaytara bilməyəcək", - Rtsxiladze bildirib.

Qeyd edək ki, həbsdə olan sabiq prezident aktiv siyasətə qayıdacağını elan edib. Vahid Milli Hərəkat Partiyası 2024-cü ildə partiyanın qurucusu Saakaşvilinin baş nazir postuna namizədliyini irəli sürmək planını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru