Ermənistanın bu gün də “yox” deməyə resursları mövcud deyil.

9-07-2023, 09:04           
Ermənistanın bu gün də “yox” deməyə resursları mövcud deyil.
İran üzrə mütəxəssis Harut Arakelyan:
"Ermənistanın bu gün də “Zəngəzur dəhlizi”nə “yox” demək üçün resursları mövcud deyil.
Hakimiyyətimiz deyir ki, Azərbaycanın ərazi bütövlüyü həm də anklavlar deməkdir: iki belə anklav bizim iki beynəlxalq magistral yolumuzun üzərində yerləşir. Ermənistanın müstəqilliyinin ilk günlərində Kərki ermənilərdə olanda bizim Zəngəzura və Qarabağa yolumuz var idi və hərbi texnika daşıya bilirdik. Bir anlıq təsəvvür etsək ki, Kərki Azərbaycan magistralıdır, o zaman İranın Avropaya yük daşımağa ümid etdiyi marşrutumuz olmayacaq".
Harut Arakelyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın Zəngəzur dəhlizinə maneə olması ilə bağlı bəyanatına toxunaraq deyib ki, əslində Ermənistanın bu gün də “yox” deməyə resursları mövcud deyil.
Ədalət Verdiyev
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru