Rusiya müharibənin 500 günündə heç bir məqsədinə nail ola bilməyib - ISW

9-07-2023, 10:18           
Rusiya müharibənin 500 günündə heç bir məqsədinə nail ola bilməyib - ISW
Müharibənin geridə qalan 500 günü ərzində Rusiya Ukraynada qarşısına qoyduğu heç bir məqsədə nail ola bilməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (ISW) sonuncu hesabatında deyilir.
“500 gün əvvəl Rusiya Ukraynaya qarşı əsassız işğalçı müharibəyə başladı. Rusiya hərbçiləri üç gün ərzində Kiyevi ələ keçirmək niyyətində idilər, lakin Ukraynada nəzərdə tutulan məqsədlərin heç birinə nail ola bilmədilər", - İnstitutun hesabatında bildirilir.
ISW qeyd edib ki, ukraynalıların qətiyyətli və məharətli müqaviməti Rusiyanın çoxsaylı, o cümlədən Kiyevə qarşı hücumlarını dayandırıb, Sumı və Çerniqov vilayətlərini, habelə Xarkov, Nikolayev və Xerson vilayətlərinin müvəqqəti olaraq rus işğalçıları tərəfindən ələ keçirilən hissələrini azad edib.
“Ukrayna qüvvələri təşəbbüsü bərpa edib və cəbhənin əksər hissəsində əks-hücum əməliyyatları aparır, Rusiya qüvvələri isə demək olar ki, bütün diqqətini hələ də nəzarətdə saxladıqları Ukrayna torpaqlarında saxlamağa çalışırlar”, - analitiklər bildirib.
Hesabatda qeyd edilir ki, Qərb tərəfdaşlarının köməyi sayəsində Ukrayna öz müstəqilliyini təmin edib, lakin onun qarşısında hələ də Rusiyanın nəzarətində olan strateji əhəmiyyətli əraziləri azad etmək vəzifəsi durur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.