Rusiya taxıl sazişindən çıxmaqla bağlı yeni qərar

20-07-2023, 09:54           
Rusiya taxıl sazişindən çıxmaqla bağlı yeni qərar
“Qara dəniz təşəbbüsünün dayandırılması və dəniz humanitar dəhlizinin bağlanması ilə əlaqədar olaraq, 20 iyul 2023-cü il saat 00:00-dan etibarən Qara dəniz hövzəsindəki Ukrayna limanlarına üzən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcək".

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Rusiya Taxıl Dəhlizi Sazişindən çıxdıqdan sonra Ukrayna taxıl çatdırmaq üçün alternativ yollar axtarır, Rusiya isə Qara dənizdəki humanitar dəhlizinin bağlanacağını açıqladı.

Bəyanatda həmçinin əlavə edilib: “Nəticədə bu gəmilərin bayraqlarının aid olduğu ölkələr Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsində iştirak etmiş hesab ediləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru