İranla ortaqlıq: NİYƏ OLMALIDIR Kİ?

20-07-2023, 09:28           
İranla ortaqlıq: NİYƏ OLMALIDIR Kİ?
“3+3” formatı ilə bağlı təklif yenidən gündəmə gəlib. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Danışıq zamanı nazirlər iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə getdiyini və müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirmək istəklərini vurğulayıblar.

Onlar Qafqazda baş verən son hadisələri müzakirə ediblər. Tərəflər İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu “3+3” formatı kimi regional məsləhətləşmələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Maraqlıdır, indiki vəziyyətdə, yəni İran və Azərbaycan arasındakı gərginlik aradan qalxmamış “3+3” formatı həyata keçə bilərmi?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, hazırda “3+3” formatının reallaşması inandırıcı görünmür:

“Bunun tək səbəbi Azərbaycanın İran və Ermənistanla mövcud vəziyyəti deyil. Gürcüstanın da bu formata qarşı çıxdığını vurğulamaq lazımdır. Əlbəttə ki, İran faktoru da mühümdür. Yəni İranın bu formatda iştirakını həm Azərbaycan, həm də Türkiyə qəbul etməlidir.

Hətta “3+3” deyil, daha əskik sayda bir formatın yaranması istiqamətində səylər göstərilə bilər. Düşünürəm ki, elə bir format yarana bilər. Düzdür, rəsmi Bakı və Tehran “3+3” formatını qəbul edir”.

Lakin politoloq qeyd edib ki, Azərbaycan və İran arasındakı münasibətlər hələ ki, düzəlmədiyindən bu məsələlər ləngiyə bilər:

“Sadəcə olaraq, bu formatın tam işləməsi üçün Azərbaycanın İran və Ermənistan arasındakı münasibətlərin qaydaya düşməsinə qədər gözləmək lazım gələcək. Bu münasibətlər tənzimlənmədən daha böyük və region üçün əhəmiyyətli formatın yaradılması çətin olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru