Zaxarova bəyanatı ilə əslində Azərbaycana meydan oxuyur

20-07-2023, 17:59           
Zaxarova bəyanatı ilə əslində Azərbaycana meydan oxuyur
Bir sıra xəbər saytımızın başlığına çıxarılan “Zaxarova Türkiyəyə meydan oxuyur” cümləsini əslində “Zaxarova Azərbaycana meydan oxuyur” kimi də yazmaq olar. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğan NATO-nun Vilnyus zirvə toplantısında “Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağı tərk etməlidir” cümləsiylə Kreml sahibi Vladimir Putinə mesaj göndərməklə Azərbaycana dəstəyini ifadə etmişdi. Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ərdoğanın bu açıqlamasına “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil” deyərkən Türkiyə ilə yanaşı Azərbaycanı da hədəf alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü rusiyalı həmkarının Ankara və Bakıya göndərdiyi “mesaja” reaksiya verməli, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda, o cümlədən Qarabağda yeri və rolu barədə Moskvaya tutarlı cavab yayımlamalıdır.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru