GÜCLƏR AZƏRBAYCANA QARŞI BİRLƏŞDİ… “YÜKLƏRİ LAÇIN YOLUNDAN KEÇİRSƏLƏR…”

27-07-2023, 13:26           
GÜCLƏR AZƏRBAYCANA QARŞI BİRLƏŞDİ…
Ermənistan hakimiyyətinin humanitar yüklərlə dolu maşın karvanını Laçın istiqamətinə yönəltməsi hiyləgər plandır və üzərində müxtəlif mərkəzlər çalışıblar.

Tribunainfo.az yazır ki, bu fikirkərlə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya və İran Qərblə çəkişsələr də bu məsələdə ortaq mövqedən çıxış edirlər:

“Bir qrupu Qarabağ separatçılarına açıq, digər qrupu gizli dəstək verdiyini nümayiş etdirir. Azərbaycana qarşı müxtəlif güclər birləşiblər. Bu ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa çəkmək istəyirlər. Nə planlaşdırdıqlarından asılı olmayaraq yükləri Laçın yolundan keçirməyə nail olsalar davamı gələcək. Ona görə də Ağdam istiqamətindən geri addım atmamalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru