Vatikan “sülh naminə görüş”ə ev sahibliyi edəcək

5-08-2023, 13:34           
Vatikan “sülh naminə görüş”ə ev sahibliyi edəcək
Papa Vatikanın noyabrda Əbu-Dabidə dini liderlərlə “sülh naminə görüş” təşkil etməyi planlaşdırdığını bildirib.

“Noyabrda, Dubayda keçiriləcək BMT-nin iqlim sammitindən əvvəl biz Əbu-Dabidə dini liderlərlə sülh üçün görüş təşkil edəcəyik. Vatikandan kənarda, neytral ərazidə keçiriləcək görüşün təşəbbüsünü Kardinal Pietro Parolin koordinasiya edəcək”, - deyə Papa bildirib.

Qeyd edək ki, 2019-cu ilin fevralında Fransisk Ərəbistan yarımadasına səfər edən ilk pontifik olub və onun tarixi adlandırılan səfəri dinlər arasında dialoqun gücləndirilməsinə xidmət edib. Sonra dinlərarası dialoqun, əsasən də İslam dini ilə inkişafı üçün əsas olan qardaşlıq haqqında sənəd imzalanıb.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru