VOMA-nın rəhbərindən SƏRSƏM AÇIQLAMALAR... - Bu gerizəkalı bizi müharibə ilə hədələyir...

5-08-2023, 12:28           
VOMA-nın rəhbərindən SƏRSƏM AÇIQLAMALAR... -
“Biz ən yüksək instansiyalarda Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina etmişik. Ordunun kiçik bir hissəsi olan müdafiə sistemimizdə ciddi islahatlar aparmırıq”. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu VOMA hərbi-siyasi cəmiyyətinin rəhbəri, kəşfiyyatçı Vova Vartanov NEWS.am-a müsahibəsində deyib.

O bildirib ki, üç il kifayət qədər uzun müddətdir. “Biz lazımi dəyişiklikləri etsəydik, hətta iki ildən sonra elə nəticələr əldə edərdik ki, dünyada hamı təəccüblənərdi. Sülh müharibəyə hazırlaşmaq üçün verilir. Müharibə olsa da, olmasa da, biz müharibəyə hazırlaşmalıyıq”.

Vartanov onu da deyib ki, Laçın dəhlizinin açılması məsələsini ancaq hərbi yolla həll etmək olar. “Amma bizim hücuma ehtiyacımız yoxdur. Müharibəyə yaxşı hazırlaşsanız, düşmən bunu qiymətləndirəcək və toqquşmadan, o cümlədən 10 noyabr bəyanatının müddəalarına əməl etməyə məcbur edilmədən güzəştə gedə bilər”.

P.S. Qeyd edək ki, VOMA təşkilatı özəl hərbi məktəb kimi fəaliyyət göstərir. Onlar istər müharibə vaxtı, istərsə də müharibədən sonra xüsusi hərbi qruplar hazırlamaqla məşğul olublar. Hazırda da həmin fəaliyyətlə məşğuldurlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru