Ukraynanın xarici işlər nazirindən “F-16” açıqlaması

6-08-2023, 10:25           
Ukraynanın xarici işlər nazirindən “F-16” açıqlaması
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba axşam saatlarında Rusiyadan atılan raket hücumuna reaksiya verib. O, tərəfdaşları Ukraynanı “F-16” qırıcıları ilə silahlandırmağa çağırıb.

TNS xəbər verir ki, bu barədə nazir "Twitter" səhifəsində yazıb.

“Bu şənbə günü Rusiya Ukraynaya növbəti raket zərbəsi endirib. Rusiya dayandırılmayana qədər durmayacaq”, - nazir bildirib.

Kuleba dünyanın ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməli olduğunu vurğulayıb:

“Qlobal birlik ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməlidir: Ukraynanı, o cümlədən səmanı bağlamaq üçün Kiyevi “F-16”larla silahlandırmalı və Ukrayna sülh formulu həyata keçirməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru