"Celebrity" PR, və ya ermənilərdən nə öyrənməli?!

7-08-2023, 08:44           
"Celebrity" PR, və ya ermənilərdən nə öyrənməli?!
Xatırlayırsızsa, bir neçə gün öncə məşhur yapon şahmat ustası Bakıda otel nömrəsində suyun gəlmədiyi haqqında paylaşım etmişdi - güya, Hikaru Nakamuranın qaldığı “Baku Marriott Boulevard” otelində su kəsilibmiş.
Bizdə saytlar, sosial şəbəkələr bu xəbəri tirajladı, hətta beynəlxalq mətbuatda da bu söhbət geniş yayıldı. Sonradan "Azərsu" nə qədər təkzib etsə də, heç kim buna fikir vermədi (bu təəccüblü deyil, bizdə hökumət-dövlət orqanlarına zatən inam azdır).
Sizə maraqlı fakt deyim: Hikaru Nakamura Bakı səfərindən bir neçə gün öncə uzun zaman görüşdüyü erməni əsilli şahmatçı Atus Purkaşyanla evlənibmiş - Atus İranda doğulub, bu ölkənin millisində çıxış edirmiş, sonradan ABŞ-a köçüb, indi ABŞ millisinin heyətində oynayır.
Sübutum olmasa da əminəm ki, Bakı səfərindən öncə Atus yazıq yaponun başının ətini yeyib, "gedirsənsə gör nə pislik edə bilərsən", moduna kökləyib. Hikaru da ağıllı adamdır, bilir ki, idmançı olaraq siyasi bəyanatlar verə bilməz, ona görə də bu şəkildə ölkəmizi biabır edib.
Dünən də məşhur futbolçu Mixitaryan Xankəndi və ətrafında yaşayan ermənilərlə bağlı paylaşım edib, zalım oğlu barıtını çox edib, güya, orada camaat acıbdan ölür, yemək yoxdur, qırılırlar. Bu paylaşım xeyli yayılıb, içini araşdırmadan tırajlanır, çünki bunu tanınmış biri deyib.
Ermənilər daim bu üsuldan, "celebrity" PR-dan istifadə edib - Şer, Aznavur, Kardaşyan və s. tanınmışlar şər-böhtan yayıb, dünya da bunu həzm edib, inanıb.
Bizim elə "celebrity"-mız yoxdur, Diaspora komitəsi isə PR deyəndə Parisdə "nə oldu Paşinyan" mahnısı altında küçədə oynamağı bacarır və bu işdə biz ciddi uduzuruq - məhz bu məsələdə ermənilərdən çox şey öyrənməliyik. Belə...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.