Türk Birliyinə dəstək vermək Qərbin strateji maraqlarına uyğundur...

19-10-2023, 11:24           
Türk Birliyinə dəstək vermək Qərbin strateji maraqlarına uyğundur...
O gün bir Qərb analitikinin yazısını oxudum. Deyir ki, Azərbaycanı NATO-ya qəbul etmək lazımdır, Qarabağ problemi də çözülüb. Azərbaycanın daha işğal problemi yoxdur.
Hə, Qərbdə də belə ağıllı adamlar var. Adam Qərb auditoriyasına izah edir ki, Qərbin əsas düşməni Rusiya və İrandır. Hər iki cəbhədə Azərbaycan Qərb üçün vazkeçilməz müttəfiq ola bilər. Türkiyə-Azərbaycan birliyinə vurğu yapan analitik deyir ki, onsuz da Türkiyə NATO-nun üzvüdür. Azərbaycan ordusu da Türkiyə modeli əsasında formalaşır. Adam bir az da qabağa gedərək yazır ki, əslində Avropa ilə Çin arasında Türk Dünyası təbii bir maneədir. Bu maneəni daha da gücləndirmək lazımdır. Yəni Türk Birliyinə dəstək vermək Qərbin strateji maraqlarına uyğundur...
Mən özüm də bu barədə dəfələrlə yazmışam. Öz düşüncələrini Qərb mətbuatında oxumaq adama çox xoş gəlir. Məntiq də bunu deyir ki, Türk Dünyası oratdadır. Türklər Qərbin yanında olsa Qərb, Çinin yanında olsa Çin qalib gələcək...
Sınma nöqtəsi kimin xeyrinə olacaq? Bax onu türklər müəyyən edəcək...
Elbeyi Hesenli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru