Azərbaycanın neft sənayesinin potensialından və təcrübəsindən istifadə etməyə ÇALIŞIRLAR - AÇIQLAMA

19-03-2024, 08:04           
Azərbaycanın neft sənayesinin potensialından və təcrübəsindən istifadə etməyə ÇALIŞIRLAR - AÇIQLAMA
Bu gün İqtisadiyyat naziri Mikayil Cabbarov İraqa səfər edib. Nazir səfərdə bu ölkənin hökümət nümayəndələri ilə görüşlər keçirəcəyini və ikitərəfli iqtisadi əlaqələrə dair məsələləri müzakirə edəcəyini bildirib.

Bu səfərdə Azərbaycan üçün hansı üstünlüklər əldə edilə bilər?

Referans.az-a bu barədə ətraflı açıqlamanı iqtisadçı ekspert Natiq Cəfərli verib.

Natiq Cəfərli:

"İraqla Azərbaycan arasında son illər ticarət dövriyyəsində müəyyən artım müşahidə olunur və ciddi perspektivlər də var. Birincisi İraq geniş enerji resurslarına malik olan və dünyada neft qaz ehtiyyatları olan ilk 5 ölkədən biridir. Və Azərbaycanın təcrübəsindən yararlanmağa çalışırlar.

Yerli şirkətlər var ki, Azərbaycanın neft sənayesinin potensialından və təcrübəsindən istifadə etməyə çalışırlar. Çox güman ki, bununla bağlı müəyyən danışıqlar ola bilər. Əsas məsələlərdən biri də İraq neftinin ən azından Şimal İraqda olan neft yataqlarından çıxan neftin bir hissəsi Kərkük-Yumurtalıq boru xətti ilə Ceyhan limanına qədər gətirilir. Buda Azərbaycanın maraq dairəsindədir.

Kifayət qədər ciddi əməkdaşlıq fürsətləri yaradır. Bundan başqa yeni ideyalarda var. İraq qazının Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinə qoşulması müzakirə olunur. Buda ciddi perspektiv layihələrdən biridir. Həm turizmdə, həm də ticarətdə yeni əlaqələrin və istiqamətlərin müəyyənləşməsi çox güman ki, müzakirə olunacaq. Bundan başqa dəhliz logistik imkanları genişləndirilməsi ilə bağlı qərarlar var.

Azərbaycanın bu sahədə ciddi yatırımları var. Gələcəkdə qardaş Türkiyə vasitəsi ilə İraq üzərindən də yüklərin bir qisminin daşınması mümkündür. Yüklər şərqə daşınacaqsa, bu yüklərin Türkiyədən keçməklə Azərbaycana, daha sonra Orta Asiya Respublikalarına, yəni Çinə qədər daşınması mümkündür. Mən düşünürəm ki, bu istiqamətlər üzrə enerji, logistika, turizm və kənd təsərrüfatı yeni irəliləyişlər əldə etmək mümkündür".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.