Əliyevin Xankəndində yandırdığı bayram tonqalı ləğv edilmiş erməni separatizmi üzərində son təmizləmə işini də gördü

19-03-2024, 09:34           
Əliyevin Xankəndində yandırdığı bayram tonqalı ləğv edilmiş erməni separatizmi üzərində son təmizləmə işini də gördü
Separatçıların binası və qondarma “parlament binası” sökülməyə başlayandan sonra ermənilər Xankənkəndidə “erməni memarlığının dağıdıldığı” iddialarını gündəmə gətirir, bununla həm də şəhərin “erməni tarixini” qabartmağa çalışırlar.
Xankəndinin Pənahəli xan tərəfindən salındığını deyən Əliyev şəhərin memarlığı ilə bağlı açıqladığı faktlarla bu iddialara da cavab verdi: Vilayət Partiya Komitəsinin binasının müəllifi Həsən Məcidov, Vilayət İcraiyyə Komitəsinin binasının müəllifi, Nəsrullah Kəngərli, mehmanxana binasının müəllifi isə Ənvər Qasımzadə olub.
Qarabağda erməni separatizminin başlandığı Xankəndi meydanına isə “Zəfər meydanı” adı verildi.
Asif Nerimanli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.