“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
19-03-2024, 10:34
"Rusiya nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələləri də daxil olmaqla, bütün təhlükəsizlik mövzuları üzrə danışıqlara hazırdır".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” telekanalına açıqlamasında deyib.
“Prezident Putin bir müddət öncə hazırkı şəraitdə bütün təhlükəsizlik mövzularının müzakirəsi ilə danışıqların mümkünlüyündən danışıb”, - deyə Peskov vurğulayıb.