Kuleba Avropa İttifaqı və ABŞ-dən Ukrayna üçün təcili yardım istəyib

19-03-2024, 00:16           
Kuleba Avropa İttifaqı və ABŞ-dən Ukrayna üçün təcili yardım istəyib
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı və ABŞ-dən ölkəsi üçün təcili yardım istəyib.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell jurnalistlərə açıqlamasında deyib.

“Dmitro Kuleba ilə söhbətdən sonra məlum oldu ki, Ukrayna ilə bağlı təcili tədbirlər görülməlidir. Aydın oldu ki, hər iki tərəf (Aİ və ABŞ – Qeyd) qərarın qəbulunu sürətləndirməlidir”, - deyə o bildirib.

Borrell, Kulebanın cəbhədəki vəziyyət və Kiyevin prioritet ehtiyacları barədə videobağlantı vasitəsilə nazirləri məlumatlandırdığını da qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru