ABŞ ştatlarının fırtınalardan sağalması uzun müddət çəkəcək

19-03-2024, 15:24           
ABŞ ştatlarının fırtınalardan sağalması uzun müddət çəkəcək
Ölümcül tornadoların vurduğu ABŞ-ın mərkəzi hissəsində sakinlər təmizlik işləri aparır, zərəri qiymətləndirir və qonşularına kömək edir. Lakin Ohayo, Kentukki, İndiana və Arkanzas ştatlarının bəzi hissələrini dağıdan fırtınalardan sağalması uzun müddət çəkəcək.

Fırtınalar Ohayo ştatının Loqan qraflığının Indian Lake bölgəsində 3 nəfərin həyatına son qoyub, 40-a yaxın adam yaralanıb və onlarla ev dağılıb.

İllinoys və Missuri ştatlarında da tornadolar qeydə alınıb.

33 yaşlı Samanta Snayps deyib ki, ilk dəfə tornado xəbərdarlığını eşidəndə 7 dəqiqəlik məsafədə yaşayan atasına zəng edərək ona sığınmağı tapşırıb. O,Associated Pressə uşaqlıq evindəki şkafın içinə girməyə çalışdığını və sonra telefonun kəsildiyini deyib.

O, əri ilə atasına çatmaq üçün əsas yoldan getməyə cəhd edib, lakin bacarmayıb və tornado keçdikdən sonra arxa yoldan keçməli olub.

"Atamın qarajı yerlə yeksan oldu. Evinin arxası getdi. Sanki hər şey getdi". Atasını axtararkən hər şeyin altına baxmdılar və onu tapanda xəsarət almadığını görüblər.


Atası Co Beyker həmişə uşaqlarına tornado baş verərsə, şkafda gizlənmələrini deyərdi.

"Biz burada böyümüşük. Sanki bu bizim uşaqlıq evimizdir" deyən Snayps əşyalardan nəyin atılacağı, nəyin xilas ola biləcəyini düşünürdü.

Orchard adasında bir tətil evinin sahibi, keşiş Stiv Uills təmizliyi bitirmək və damdakı bir dəliyi örtmək üçün ailə heyətini gətirdiyinideyib.

"İnsanlarını itirən ailələr üçün çox kədərlənirik. İcmamızda üç ölüm qeydə alınıb. Bilirsiniz, bu, ürəyimizi parçalayır. Ancaq bu, daha çox ola bilərdi. Bəli, buna görə də mən hələ də inancımı saxlayıram

İcma həqiqətən faydalı olub.

Məktəb müdiri insanlar yemək, paltar və uşaq bezləri daşıyıb. O, tornado gecəsi atasının küçəsində yaşayan qonşuların ev-ev gəzərək qazları söndürdüyünü deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.