Moldova XİN Rusiya səfirinə nota verdi - Bir əməkdaş “persona-non-grata” elan edildi

19-03-2024, 18:04           
Moldova XİN Rusiya səfirinə nota verdi - Bir əməkdaş “persona-non-grata” elan edildi
Rusiya səfiri Oleq Vasnesov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, Rusiyada prezident seçkisi ilə bağlı Dnestryanı bölgədə seçki məntəqələrinin açılması səbəbindən Rusiyanın Moldovadakı səfirinə etiraz ifadə edilib.

Həmçinin Oleq Vasnesova nota verilib ki, bu notaya əsasən, səfirlik əməkdaşlarından biri “persona non grata” (arzuolunmaz şəxs) elan edilib. “Persona non grata” elan edilən əməkdaş yaxın vaxtlarda Moldova ərazisini tərk etməlidir.

Mənbə: Moldovalibera.md












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru