Mişel: Macarıstanın Rusiya ilə Aİ adından danışmaq səlahiyyəti yoxdur
5-07-2024, 08:08
Macarıstanın Avropa İttifaqı (Aİ) adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur. Bu bəyanatla Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel çıxış edib.
Macarıstanın Baş naziri Viktor Orbanın sülh təşəbbüslərini şərh edən Mişel "X"də yazıb:" Aİ Şurasında Macarıstanın dövri sədrliyi Avropa İttifaqı adından Rusiya ilə təmas qurmaq mandatına malik deyil". TEREF