“Bayden debatdan sonra tibbi müayinədən keçib” – “Politico”

5-07-2024, 11:54           
“Bayden debatdan sonra tibbi müayinədən keçib” – “Politico”
“ABŞ Prezidenti Co Bayden Ağ Evdə demokrat qubernatorlarla qapalı görüşdə keçmiş Amerika lideri Donald Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçdiyini bildirib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Bayden keçən həftə tibbi müayinədən keçib və özünü yaxşı hiss edir. ğ
Dövlət başçısının iş qrafiki ilə tanış olan mənbə qeyd edib ki, Bayden çox güman ki, soyuqdəymə əlamətləri səbəbindən keçdiyi qısa tibbi müayinəni nəzərdə tutur. Onun sözlərinə görə, bu yoxlamaya ciddi yoxlamalar daxil olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru