İranın dini lideri Pezeşkianla görüşüb

7-07-2024, 11:54           
İranın dini lideri Pezeşkianla görüşüb
İranın ali rəhbəri və dini lideri Ayətullah Əli Xamenei ölkənin yeni seçilmiş Prezidenti Məsud Pezeşkianla ilk görüşünü keçirib.

Bu barədə Ə.Xamneyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dini lider Prezidentə bir sıra təlimatlar verib, Pezeşkianın xalqın potensialından, ölkənin bir çox digər imkanlarından tərəqqi və çiçəklənmə yolunda istifadə edəcəyinə ümid etdiyini" bildirib.

Xatırladaq ki, iyulun 5-də İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 %-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 % səs toplayıb. \\Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru