Pezeşkian dini rejimin cızdığı dairədən çıxa biləcəkmi? - ŞƏRH

7-07-2024, 10:24           
Pezeşkian dini rejimin cızdığı dairədən çıxa biləcəkmi? - ŞƏRH
"Zənnimcə, İran tərəfinin özü cəmiyyətdə dəyişikliklər olmasını istəyir. Məsud Pezeşkian da uzun illər müxtəlif vəzifələrdə işləyib və mahiyyət etibarıyla nəyə qadir olduğunu sübut edib. Deyə bilmərəm ki, o, prezident olduğu müddətdə Azərbaycan dilinin hər yerdə tətbiq edilməsinə nail ola biləcək".

Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli Məsud Pezeşkianın İranda prezident seçilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bütün bunları etmək üçün Pezeşkiana o qədər səlahiyyət verməzlər:
“İranda prezident seçilən insan ölkədə müəyyən edilmiş prinsiplərdən kənara çıxa bilməz. Pezeşkian da yəqin ki, bu qaydalardan kənara çıxmaq istəməyəcək. Yeni prezident azərbaycanlılar üçün nəsə etməyə çalışa bilər, amma onun alınıb-alınmayacağını demək çox çətin məsələdir. Azərbaycan dilində məktəblər şəbəkəsinin, televiziyanın yaradılması, azərbaycanlıların hüquqları kimi problemləri həll edə biləcəyi sual altındadır”.
Q.Hüseynlinin sözlərinə görə, İranda böyük etnik kütlə olan azərbaycanlılar əksər hüquqlardan məhrumdurlar:
“Pezeşkianın o hüquqların heç olmasa, bir hissəsini bərpa edəcəyinə çox da ümidli deyiləm. Çünki İran cəmiyyəti o qədər riyakar və ikiüzlü cəmiyyətdir ki, orda kiminsə dini rejimin cızdığı dairədən çıxıb nələrsə etmək imkanı çətindir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.