İlk səfərini Şotlandiyaya etdi

8-07-2024, 10:08           
İlk səfərini Şotlandiyaya etdi
Britaniyanın yeni seçilmiş Baş naziri Kir Starmer vəzifəsinə başladıqdan sonra ilk səfərini Şotlandiyaya edib.

Modern.az xəbər verir ki, o, bu gün Şotlandiya Leyboristlər Partiyasının lideri Anas Sarvarla görüşüb. Kir Starmer daha sonra Şotlandiyanın birinci naziri Con Svinni ilə danışıqlar aparacaq.

Baş nazir hökumətin təyin edilməsindən 48 saat sonra Şotlandiyada olmağın şərəf və imtiyaz olduğunu deyib. O bildirib ki, 2019-ci ildəki seçkilərdə Şotlandiya üzrə Leyboristlər Partiyasından bir deputat seçilsə də, son seçkilərdə bu say 37 olub. Kir Starmer bu “tarixi nəticə”nin Leyboristlərə dəyişiklik üçün real mandat verdiyini deyib.

Qeyd edək ki, Kir Starmer Şotlandiya səfərindən sonra Birləşmiş Krallığın digər ölkələri olan Şimali İrlandiya və Uelsə də səfər edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru