CNN: Trampa qarşı edilən sui-qəsdə İran izi ola bilər

17-07-2024, 12:58           
CNN: Trampa qarşı edilən sui-qəsdə İran izi ola bilər
"Amerika səlahiyyətliləri bir neçə həftə əvvəl İranın ABŞ-nin keçmiş Prezidenti Donald Trampa sui-qəsd planlaşdırdığı barədə məlumat alıblar. Bu kəşfiyyat məlumatları əsasında Ağ Evin keçmiş rəhbəri üçün Məxfi Xidmətin mühafizəsini artırılıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Trampı güllələyən 20 yaşlı Tomas Metyu Kruksun sözügedən planla hər hansı əlaqəsi olduğuna dair heç bir işarə yoxdur.

Nəşr qeyd edib ki, İran hakimiyyəti ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeonu da hədəfə alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.