ABŞ Yaxın Şərqə 12 hərbi gəmi göndərdi – WP
2-08-2024, 08:14

ABŞ Müdafiə Nazirliyi İsrailin Beyrut və Tehrana zərbələri fonunda Yaxın Şərq, Fars körfəzi və Aralıq dənizinə 12 hərbi gəmi göndərib.
Bu barədə adı çəkilməyən nazirlik rəsmisinə istinadla “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Amerikanın “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi və altı esminesi çərşənbə günü Fars körfəzində olub. Həmçinin, Amerikanın 4 min dəniz piyadasını və dənizçisini daşıyan üç desant gəmisi və iki esminesi Şərqi Aralıq dənizinə göndərilib. Ancaq Pentaqon regionda gərginliyin artması fonunda silahlı qüvvələrin əlavə yerləşdirilməsi barədə açıqlama verməyib.
Qeyd edək ki, iyulun 30-da İsrail qırıcıları “Hizbullah”ın qalası kimi tanınan Beyrutun cənub ətrafı Dahiya bölgəsinə dörd raket zərbəsi endirib. Zərbədən sonra “Hizbullah”ın hərbi lideri Fuad Şükr xəstəxanada ölüb. İyulun 31-də isə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində eyni aqibəti yaşayıb.