Deputatlığa namizədlərin sayı 1500 nəfərə yaxınlaşır

2-08-2024, 10:14           
Deputatlığa namizədlərin sayı 1500 nəfərə yaxınlaşır
Növbədənkənar parlament seçkilərində iştirakla bağlı 1489 nəfər namizədlik üçün müraciət edib. Onlardan 481 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə avqustun 1-də Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, bitərəf namizədlər 958 nəfərdir, 531nəfərin partiya mənsubiyyəti var, 802 nəfər isə imza vərəqələrini təhvil verib.

Pənahov qeyd edib ki, parlament seçkilərilə əlaqədar 23 ölkə və beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydə alınıb. Eyni zamanda seçkilərlə əlaqədar 8 825 yerli müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində iştirak edən namizədlərə ödənişli əsaslarla təşviqat üçün Mərkəzi Seçki Komissiyasına 54 media subyekti müraciət edib.

Həmçinin Mərkəzi Seçki Komissiyası yaxın qohumları deputatlığa namizəd olduğu üçün dairə seçki komissiyalarının iki üzvünün fəaliyyətinə xitam verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru