Zaxarovadan Almaniya prezidentinə sərt cavab

2-08-2024, 17:14           
Zaxarovadan Almaniya prezidentinə sərt cavab
Rusiya XİN rəsmisi Putinin müharibəni Avropaya qaytardığını deyən Almaniya rəhbərinin insan olub-olmadığını sual edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Rusiya prezidenti Vladimir Putinin guya müharibəni Avropaya qaytardığı və Ukraynanı məhv etmək istədiyi barədə bəyanatını şərh edib.
Rusiya XİN rəsmisi Almaniya rəhbərinin özünün insan olub-olmaması ilə bağlı sual verib və onun Minsk razılaşmalarının pozulmasını özünün təşviq etdiyini, həmçinin Zelenskiyə ukraynalıların yandırdığı tankları verdiyini xatırladıb:
“Bunu Şimal paytaxtının mülki əhalisinin soyqırımına görə Leninqrad mühasirəsindən sağ çıxan qeyri-yəhudilərə təzminat ödənilməsinə şəxsən qarşı çıxan bir şəxs deyir!".

Daha sonra rusiya XİN rəsmisi Ştaynmayeri Kiyev rejimini Minsk razılaşmalarını pozmağa şəxsən həvəsləndirən adam adlandırıb.
"Bunu onun əziz dostu və çoxdankı rəhbəri Angela Merkel etiraf edib. Bu, dövləti dəfələrlə Ukraynada maliyyə və siyasi çevrilişlərə sponsorluq edən adamdan gəlir! Bunu ölkəsi Zelenskini ukraynalıların yandırdığı tanklarla təmin edən adam deyir. Bunu da insan deyir... Bəs bunu deyən insandır?”, - Zaxarova Telegram kanalında yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru