Bayden Netanyahudan Yaxın Şərqdə eskalasiyanı dayandırmağı tələb edib

3-08-2024, 09:17           
Bayden Netanyahudan Yaxın Şərqdə eskalasiyanı dayandırmağı tələb edib
ABŞ prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Yaxın eskalasiyanı dayandırmağı tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Bayden sərt şəkildə Netanyahudan bölgədəki gərginliyi dayandırmağı və Fələstinin radikal “HƏMAS” hərəkatı ilə Qəzza zolağında atəşkəs üçün dərhal razılığa gəlməyi tələb edib.

Belə ki, Bayden və onun əsas köməkçiləri HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və Beyrutda isə “Hizbullah”ın hərbi qanadının komandirlərindən biri Fuad Şokrun öldürülməsindən məyus olublar.

Portal qeyd edib ki, ABŞ bu hadisələrə görə “yas tutmur”, lakin Netanyahunun Baydeni planları ilə bağlı məlumat verməməsindən narahatdır. Ona görə, Bayden Netanyahu ilə telefon danışığı zamanı İsrailin son günlər tutduğu “kursdan narazı” olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru