Nəhayət razılığa gəldilər: Tramp Harrislə gözlənilən debatın yerini və tarixini açıqladı

3-08-2024, 12:28           
Nəhayət razılığa gəldilər: Tramp Harrislə gözlənilən debatın yerini və tarixini açıqladı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp demokratlardan prezidentliyə namizəd Kamala Harris ilə gözlənilən debatın tarixini açıqlayıb.

Respublikaçı namizəd bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Mən "Fox News" ilə sentyabrın 4-də, çərşənbə günü Kamala Harris ilə debat keçirmək barədə razılığa gəldim", - deyə o qeyd edib.

Trampın sözlərinə görə, tədbir Pensilvaniya ştatında keçirilməlidir. Məkan hələ ki müəyyən edilməyib.

Qeyd edək ki, Tramp və Harris bir neçə həftədir, debatın tarixi və kanalı barədə razılığa gələ bilmirdilər.

ABŞ-də prezident seçkisi 5 noyabr 2024-cü ildə keçiriləcək. Trampın rəqibinin ABŞ-nin hazırkı dövlət başçısı Co Bayden olacağı güman edilirdi, lakin o, iyulun 21-də yarışdan çıxdığını və Harrisin namizədliyini dəstəklədiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru