İki müsəlman ölkə arasında gərginlik artır: 1 milyon 800 min nəfər pakistanlı…

4-08-2024, 00:03           
İki müsəlman ölkə arasında gərginlik artır: 1 milyon 800 min nəfər pakistanlı…
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Pakistan arasında viza mövzusu ətrafında gərginlik yaşanır. BƏƏ-nin Kəraçidəki baş konsulu Bakheet Ateeq al-Remeithi BƏƏ-dəki pakistanlılardan ölkələrinə, qurumlarına və ya siyasətçilərinə qarşı mənfi təbliğat yaymamağı xahiş edib”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, BƏƏ-də çalışan xeyli pakistanlı var:

“BƏƏ-də həbsdə olan və ölkədən çıxarılan pakistanlılar da var. BƏƏ konsulu sosial şəbəkələrdə ölkəsini tənqid edən pakistanlıların nəinki ölkəsinə, Körfəz dövlətlərinə də viza ala bilməyəcəyi barədə xəbərdarlıq edib. Bu o deməkdir ki, BƏƏ diplomatları ölkələri haqqında sosial şəbəkələrdə tənqidi fikirlər yayanları araşdırırlar.

Konsulun sözlərinə görə, ölkəsində 200 ölkənin vətəndaşı və müxtəlif dinlərin daşıyıcısı yaşayır. BƏƏ-də yaşayan pakistanlıların sayı isə 1 milyon 800 min nəfərdir. Bu səbəbdən ərəb konsul pakistanlılardan xahiş edib ki, siyasi fikir ayrılıqlarını Dubaya gətirməsinlər. Bu anlaşmazlıq nəticəsində Pakistan vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinə viza alması çətinləşib.

Viza mövzusu ətrafında BƏƏ ilə Pakistan arasında ilk dəfə deyil anlaşmazlıq yaşanır. Koronavirus yayıldıqda 60 min pakistanlının BƏƏ-dən geri qayıdışı çətinləşmişdi. Birləşmiş Ərəb Əmirlikləri sərhədlərini bağladığına görə ölkədən çıxış da mümkün deyildi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru