İsrailin müdafiə naziri İCLAS ÇAĞIRDI: hücuma cavab tədbirləri müzakirə edilir

5-08-2024, 10:24           
İsrailin müdafiə naziri İCLAS ÇAĞIRDI:
İsrailin müdafiə naziri Yoav Qalant İranın yəhudi dövlətinə hücum cəhdini nəzərə alaraq təcili iclas çağırıb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mümkün hücuma cavab tədbirlərinin müzakirəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) komandanlığının nümayəndələri və ölkənin təhlükəsizlik xidmətinin rəhbərliyi iştirak edir.

Qeyd edək ki, ABŞ və İsrail rəsmiləri İranın avqustun 5-də zərbə endirəcəyini bildiriblər. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyənin İranda məhv edilməsi göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru