ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

5-08-2024, 12:48           
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
ABŞ Amerika vətəndaşlarını qanunsuz olaraq saxladığına görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz amerikalılara Rusiyaya getməmələrini söylədik, Levinson Aktından istifadə edərək sanksiyalar tətbiq etdik və bunu bir daha edəcəyik”, - deyə Kirbi qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin Rusiyaya təzyiqlərini artırmaq istəyinə baxmayaraq, Amerika administrasiyası külli miqdarda narkotik qaçaqmalçılığı və saxlama ittihamı ilə məhkum edilmiş və ittiham olunan Amerika səfirliyinin keçmiş əməkdaşı Mark Voqel də daxil olmaqla, öz vətəndaşlarının qaytarılmasına nail olmaq niyyətindədir.

Qeyd edək ki, Levinson Aktı Birləşmiş Ştatlarda ölkə hakimiyyətinə Amerika vətəndaşlarının qeyri-qanuni həbsi ittihamı ilə sanksiyalar və digər məhdudiyyətlər tətbiq etməyə imkan verən qanundur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru