Tramp İlon Maskı dəstəkləməkdən başqa yolu olmadığını deyib

5-08-2024, 10:47           
Tramp İlon Maskı dəstəkləməkdən başqa yolu olmadığını deyib
ABŞ prezidentliyinə namizəd Donald Tramp amerikalı milyarder İlon Maskın ona dəstəyindən danışıb.

APA xəbər verir ki, ABŞ-ın Corciya ştatının Atlanta şəhərində seçki kampaniyası üçün keçirdiyi mitinqdə çıxış edən Tramp amerikalı milyarder Maskın onu dəstəkləməsindən də danışıb.

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçirilən seçkilərdə “Tesla”, “SpaceX” və “X” kimi şirkətlərin sahibi İlon Maskın dəstəyini aldığı üçün elektrikli avtomobilləri dəstəkləməkdən başqa çarəsi olmadığını bildirib.

"Mən elektrikli avtomobillərin tərəfdarıyam. Olmalıyam, çünki bilirsiniz ki, İlon məni çox güclü dəstəklədi. Ona görə də başqa seçimim yoxdur", - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp ABŞ prezidenti Co Baydenin elektrikli avtomobillərə verdiyi dəstəyi cəhənnəmə keçid kimi qiymətləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru