“İsrailin Yəhya Sinvarı aradan götürməsi asan olmayacaq” - Politoloq

8-08-2024, 00:04           
“İsrailin Yəhya Sinvarı aradan götürməsi asan olmayacaq” - Politoloq
“HƏMAS-ın yeni təyin olunan lideri Yəhya Sinvar qaçqın şəhərciyində doğulub. O, ömrünü mücadiləyə həsr edən şəxslərdən biridir. Yəni HƏMAS-da İsmayıl Haniyə qədərtəsir imkanlarına malik şəxslərdən biri sayılır”.

Bunu Bakupost.az -a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, Yəhya Sinvarın hədəf alınmasının təbii olduğunu bildirib:
“Çünki İsrailin qarşısına qoyduğu hədəf HƏMAS-ı sıradan çıxarmaqdır. Ona görə də İsrail hesab edir ki, Haniyədən sonra onun yerinə Sinvarın gəlməsi HƏMAS-ı zəiflətməkdən daha çox gücləndirir. Çünki Yəhya Sinvarın da həyatı mübarizəylə keçib, dini məsələlərdə çox mühafizəkar mövqe tutan şəxslərdən biri sayılır. Kifayət qədər təsir imkanları mövcuddur”.
Politoloq deyib ki, HƏMAS-ın güclü liderləri öldürülsə də, yerlərinə yeni, həm də nüfuzlu şəxslər təyin edilir:
“İsmayıl Haniyədən fərqli olaraq Yəhya Sinvar kəşfiyyat və əks-kəşfiyyat sahəsində təcrübəsi olan şəxsdir. Ona görə də onu asanlıqla aradan götürmək mümkün deyil. Yəhya Sinvarın HƏMAS-ın başına gəlməsindən sonra təşkilat daha da güclənə bilər”.
Vasif Əlihüseyn












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru