Qallant: Hizbullahla davam edən gərginlik müharibəyə çevrilə bilər

8-08-2024, 11:14           
Qallant: Hizbullahla davam edən gərginlik müharibəyə çevrilə bilər
İsrailin müdafiə naziri Yoav Qallant İsrail ordusunun təşkil etdiyi təlimlərlə bağlı qiymətləndirmələr edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən açıqlama verilib.

Livan sərhədindəki gərginliyə toxunan Qallant iddia edib ki, Hizbullah lideri Həsən Nəsrullah Livanı çox ağır bədəl ödəməyə sürükləyə bilər.

Hizbullahla gərginliyə işarə edən Qallant deyib: "Bu, müharibəyə çevrilə bilər. Təhlükə nəzəri deyil, realdır".

Qeyd edək ki, İsrail ordusu iyulun 30-da Beyruta endirdiyi hava zərbəsi ilə Hizbullahın yüksək rütbəli komandirlərindən Fuad Şükrü məhv edib. Bu hücumdan sonra bölgədə gərginlik artıb. Hizbullahın Şükrə qarşı sui-qəsdlə cavab verməyə hazırlaşdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru