ABŞ: Gərginliyin azaldılması üçün diplomatik səyləri davam etdirəcəyik

8-08-2024, 11:34           
ABŞ: Gərginliyin azaldılması üçün diplomatik səyləri davam etdirəcəyik
"Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kommunikasiya kanallarından istifadə etməyə davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Birincisi, biz İranın hücum etməsini istəmirik. Və gərginliyi azaltmaq üçün diplomatik kanallarla işləməyə davam edəcəyik", - Kirbi deyib.

O, diplomatik səylərin Vaşinqtonun müttəfiqləri və tərəfdaşları tərəfindən həyata keçirildiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru