Rusiya erməni təxribatına şans yaratdı: “Naxçıvan-Don” - FOTO

8-08-2024, 08:21           
Rusiya erməni təxribatına şans yaratdı: “Naxçıvan-Don” - FOTO
Rostovda ermənilər "Naxçıvan-Don" adlı qəzet dərc etməyə başlayıblar.

TEREF axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, qəzetin "Naxçıvan-Don" adlanmasının səbəbi ermənilərin Rostova "Naxçıvandan köçdüklərini" nümayiş etdirmək məqsədi daşıyır. "Don" sözünü isə "Rostov-Don"a uyğunlaşdırıblar.

Qəzetin yaradıcılarından olan Olya Babacanyan deyib ki, Rusiya hökuməti ermənilərə qarşı Ermənistan hökumətindən daha "mehribandır". Belə ki, Ermənistanda "Qarabağ" adını çəkmək olmur, ancaq Rusiya "Naxçıvan-Don"un dərcinə icazə verib.

Qeyd edək ki, ermənilərin açıq şəkildə Azərbaycana ərazi iddiasını əks etdirən "Naxçıvan-Don" adlı qəzetə lisenziya verilməsi ölkəmizə qarşı təxribatda Rusiyanın müvafiq qurumlarının yer aldığı anlamına gəlir.

Məqaləyə dair fotomateriallar:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru