“Putin Meksikaya gəlsə, onu həbs etməyəcəyik”- Prezident Obrador

9-08-2024, 10:45           
“Putin Meksikaya gəlsə, onu həbs etməyəcəyik”-
Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, Meksika hakimiyyəti oktyabrda ölkənin yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə Rusiya lideri Vladimir Putini həbs etməyəcək.

Azpost.info xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopes Obrador deyib.

“Biz bunu edə bilmərik, bu bizim işimiz deyil”, – o bildirib.

Obrador təsdiqləyib ki, ölkə hakimiyyəti Putin də daxil olmaqla Meksikanın diplomatik əlaqələri olan bütün ölkələrin rəhbərlərinə Şeynbaumun andiçmə mərasiminə dəvət göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru