İvanişvili ABŞ senatorları ilə görüşdən imtina edib

12-08-2024, 10:18           
İvanişvili ABŞ senatorları ilə görüşdən imtina edib
Gürcüstanın hakim "Gürcü arzusu" parlament partiyasının təsisçisi Bidzina İvanişvili ABŞ senatorları ilə görüşdən imtina edib.

Gazeta.ru xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.

Kobaxidzenin sözlərinə görə, İvanişvili amerikalı tərəfdaşlarına imtinanın səbəbini şəxsən izah edib.

Xatırladaq ki, Qərbin təhdidlərinə baxmayaraq, bir müddət öncə Gürcüstanda "Xarici təsirlərin şəffaflığı haqqında" qanun qəbul edilib. Bundan sonra Vaşinqton Tbilisiyə yardımı dayandırıb. Gürcüstanın Aİ-yə inteqrasiya prosesi də dondurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru