Ülvi Quliyevin seçki kompaniyası seçicilərin rəğbəti ilə qarşılanır... FOTO
12-08-2024, 09:46
15 saylı Yasamal 1-ci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki qərərgahı seçki təbliğat və təşviqatına start veriləndən uğurlu iş aparır. Seçicilərlə apardığımız söhbətlərdən aydın olur ki, zatən onlar Ülvü Quliyevi əvvəlki fəaliyyətindən tanıyır və müsbət qiymətləndirirlər. Seçicilərdən birinin dediyinə görə o tək tük deputatlardandır ki, həmişə seçicilərinin dərdləri ilə yaşayıb və bacardığı qədər onlara kömək göstərib. Onlar inanırlar ki, bundan sonrada belə olacaq! 15 saylı Yasamal 1-ci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev özüdə seçicilərinə müraciət edərək deyib: "Hörmətli seçicilər, əziz dostlar! Seçki təşviqatı ilə bağlı işimiz davam edir. Dəstəyinizə və isti münasibətinizə görə təşəkkür edirəm." TEREF