Stubb: Finlandiya və Çin Balticconnector hadisəsi üzrə uğurlu əməkdaşlıq edir

14-08-2024, 11:54           
Stubb: Finlandiya və Çin Balticconnector hadisəsi üzrə uğurlu əməkdaşlıq edir
"Balticconnector qaz kəmərinə dəyən zərərin araşdırılması üçün Çinlə əməkdaşlıq funksional olub və davam edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Aland adalarına səfəri zamanı Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

"Rəsmi səviyyədə biz çinlilərlə əvvəldən dialoq apardıq və mən bu müzakirələrin harada olduğu barədə həftəlik yeniliklər aldım. İstintaq hələ də davam edir. Çin səlahiyyətliləri ilə yaxşı ünsiyyət və əməkdaşlıq var", - Stubb qeyd edib.

Avqustun 12-də Honq-Konqun "South China Morning Post" qəzetindəki mənbələr Çin hakimiyyətinin Balticconnector qaz kəmərinin Çinin "Newnew Polar Bear" gəmisi tərəfindən təsadüfən zədələndiyini etiraf etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru