Azərbaycan Ukraynaya humanitar yardımını davam etdirəcək

28-04-2025, 12:24           
Azərbaycan Ukraynaya humanitar yardımını davam etdirəcək
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Korniienko ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında məlumat verib.

Görüşdə parlament formatında ikitərəfli əməkdaşlığın daha da intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfir bildirib ki, Azərbaycan bundan sonra Ukraynaya humanitar yardım etməyi planlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.