Erməni politoloqdan Sumqayıt hadisələri ilə bağlı şok açıqlama - video

16-02-2017, 23:10           

Moderator.az xəbər verir ki, erməni əsilli Rusiyalı politoloq, siyasi xadim, “Zamanın nəbzi” hərəkatının lideri, 1990-cı illərin əvvəllərində Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Bakıya ezam edilmiş komissiyasının üzvü Sergey Kurginyan 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribat xarakterli qırğınlar barəsində danışıb.

Kurginyan etiraf edib ki, Sumqayıt hadisələrini törədənlər azərbaycanlılar deyildi:

"Özümün yaratmış olduğum böhranla mücadilə üçün 1980-ci illərin sonunda Bakıya gəldim. Gəliş səbəbimiz rəsmi açıqlamalara və yalanlara qarşı konkret addım atmaq idi. Bakıya gələndə gördüm ki, baş verən hadisələr həm rəsmi açıqlamalardan, həm də bizim demokratik müxalifətin təqdim etdiyindən tamamilə fərqlidir. Bütün məsuliyyətiylə deyə bilərəm ki, əvvəlcə Sumqayıt, sonra da Bakıda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil. Bunları törədənlər tamamilə başqa adamlar idi. Beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq kirayələnmiş kənar şəxslər idi. Həmim şəxslərin adlarına qədər bütün məlumatlar əlimizdədir. O zaman və indi kimə işlədiklərini çox yaxşı bilirik. Həmin şəxslər əvvəlcə erməniləri öldürərək azərbaycanlılar edibmiş kimi göstərirdilər, sonra azərbaycanlıları öldürərək ermənilər edibmiş kimi təqdim edirdilər. Daha sonra azərbaycanlılarla erməniləri bir-birinə qarşı münaqişəyə salaraq, idarəolunabilən qarşıdurma yaradırdılar. Beləliklə ortaq tarixə sahib iki xalqı bir-birinə vuraraq Afrika qəbilələri kimi idarə edirdilər".

Moderator.az həmin çıxışın videosunu da təqdim edir. Qeyd edək ki, video rolikin müəllifi Moskvada yaşayan tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovdur.
[media=https://www.youtube.com/watch?v=k7m3NaYPlLs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.