Politoloqdan ŞOK – “Həmin erməni Azərbaycandadır”

17-02-2017, 21:25           
Politoloqdan ŞOK – “Həmin erməni Azərbaycandadır”
Məlum olduğu kimi, erməni əsilli Rusiyalı politoloq Sergey Kurginyan Sumqayıt hadisələrini azərbaycanlıların törətmədiyini etiraf edib. Onu da qeyd edib ki, həmin hadisələri beynəlxaql qurumlar tərəfindən məqsədli olaraq kirayələnmiş şəxslər törədib. Həmçinin, həmin şəxslər haqqında kifayət qədər məlumatlı olduqlarını da bildirib.

Bəzi oxucularımız o fikirdədir ki, Sergey Kurginyan özü də yaşı bilir ki, Sumqayıt hadisələrini ermənilər törədiblər. İndi bu fikirləri də məqsədli şəkildə söyləyir. Ona rəsmi Moskvadan göstəriş verilib ki, həmin hadisələri Qərbin üzərinə yıxsın.

Maraqlıdır, Kurginyan öz etirafında nə qədər səmimidir, bu etirafın arxasında gerçəkdən də xüsusi məqsədlər ola bilərmi?

Moderator.az olaraq bütün bu fikirlərə tanınmış politoloq Cümşüd Nuriyevlə aydınlıq gətirməyə çalışdıq.

C.Nuriyev bildirdi ki, Kurginyan haqlıdır, o hadisələrdə ermənilər də qurban seçilmişdi, azərbaycanlılar da:

"Əslində Sumqayıt hadisələrini ermənilər yox, birmənalı şəkildə Rusiya törətdi. Amma bunu Rusiyadakı Qərbin əlaltıları planlaşdırmışdı. O vaxt biz Yazovla görüşəndə də bunu etiraf elədilər. Biz Sumqayıt hadisələrini o vaxt araşdırmışdıq, keçmiş DTK-nın sədri rəhmətlik Hüseyn Hüseynovda (Bəlkə İlhüseyn Hüseynov nəzərdə tutulur? Çünki Hüseyn Hüsynov soyadlı adam KQB-nin sədri olmayıb! Nurəddin Xoca.) kifayət qədər materiallar var idi, telefon zənglərinə qədər hamısı yazılmışdı. Sumqayıt hadisələrindən bir gün qabaq ancaq ermənilərlə bağlı təxmini 150-ə qədər danışıq olmuşdu. Bütün danışıqlarda da göstəriş verilirdi ki, bunu həyata keçirmək lazımdır. Amma zənglərin əksəriyyəti Moskvadan idi, bir hissəsi də Saratovla, Ulyanovksidən idi. Ona görə də Kurqanyan yazıq düz deyir, ermənilərin özü də tora düşdü”.

Politoloq onu qeyd etdi ki, Sumqayıt hadisələrini birmənalı şəkildə ABŞ-ın kəşfiyyat idarəsi FBI-la CİA hazırlamışdı:

"SSRİ-ni dağıtmaq üçün planın bir hissəsi idi və birinci Sumqayıtda sınaqdan keçirdilər. Ondan qabaq Alma-Atada da sınaqdan keçirildi, ancaq uğursuz alındı. Ondan sonra Sumqayıtda həyata keçirdilər. Sumqayıt hadisələrini əsasən də Rusiyanın hərbi kəşfiyyat idarəsində ələ aldıqları şəxslər tərəfindən həyata keçirdilər. Bunun üçün əvvəlcədən kadrlar hazırlanmışdı, ancaq əsas həyata keçirən Cubayevin (Cubays?N.X) dəstəsi idi, Yeltsin də sonradan o işə qoşulmuşdu.
SSRİ-nin o vaxtkı daxili işlər naziri olmuş Viktor Puqonu da məhz bu işə görə öldürdülər. Puqo o işin üstünü açmaq istəyirdi, ancaq imkan verməyib vurdular. Dəqiq bilirəm ki, o işin içində Bakatin də var idi, çünki Puqo öldürüləndən sonra o, daxili işlər naziri oldu”.

C.Nuriyev Sumqayıt hadisələri ilə bağlı bildiyi bir məqama da toxundu:

"Sumqayıt Bu hadisə ilə bağlı bir ipucu verə bilərəm, Sumqayıt hadisələrində fəallıq göstərən, ermənilərə köməklik göstərən bir Bakı ermənisinin ən yaxın qohumu bu gün Azərbaycanda ən yüksək vəzifədədir. O vaxt bizim təhlükəsizlik orqanları Sumqayıt hadisələrinin üstünü açmaq istəyirdilər, ancaq həmin adama görə bu məsələ dayandırıldı. Ortada Qrioqoryan qaldı, amma Qriqoryanın yanında olan həmin adamın adı gizlədildir. Dəqiq onu da deyə bilərəm ki, həmin adam Ağdərə rayonundan idi və erməniyə dil verən həmin adam bu dəqiqə də Azərbaycandadır. Dediyim kimi, yaxın qohumu da yüksək vəzifədədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.