Fazil Mustafa: “Ziyafət Əsgərov deputatların hüquqlarının üzərindən traktorla keçdikdə…”

20-02-2017, 10:30           
Fazil Mustafa: “Ziyafət Əsgərov deputatların hüquqlarının üzərindən traktorla keçdikdə…”
Millət vəkili Fazil Musatafa vitse-spiker Ziyafət Əsəgərovun parlamentin son sessiyasında onun bədii ədəbiyyata marağının nəticəsi olaraq hüququ unutması barədə iddiasına münasibət bildirib.
Deputat “Yeni müsavat”a müsahibəsində deyib ki, vitse-spikerlə münasibətləri normaldır və o, zarafatla bu ifadəni səsləndirib: “Ziyafət Əsgərovla tələbəlik illərindən münasibətlərimiz var, eyni fakultədə oxumuşuq və mənim bədii ədəbiyyata sonsuz marağımı bildiyindən zarafatla belə bir ifadə işlətdi. Hüquq isə heç vaxt yadımızdan çıxmaz, hətta bəzən yaxşı hüquqçulardan biri hesab etdiyim Ziyafət müəllim Məclisin plenar iclasına sədrlik edərkən deputatların hüquqlarının üzərindən traktorla keçdikdə əlahəzrət hüququn varlığını bizlərin yadına saldığını da yaxşı xatırlayıram”.
Gununsesi.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru